Bazar ertəsi, 29 Aprel

Rozadan Ramiz Məlikə sərt cavab: "Xalq artistimizdir, yola verin getsin"

image

Xalq artisti Ramiz Məliklə müğənni Roza Zərgərli arasındakı qalmaqal davam edir.

Xəbər verilir ki, “10-da görüşək” proqramına qonaq olan Zərgərli bu dəfə Xalq artistinin ona “Facebook” sosial şəbəkəsində yazdığı xoşagəlməz rəydən danışıb.

Ramiz Məlik sənətçiyə “Bu Roza son zamanlar gündəmdə qalmaq üçün gül açıb?” şərhini yazıb. Bu şərhdən sonra Roza bu sözləri Xalq artistinə yaraşdırmadığını və ona övladı, qızı kimi hörmət etməsini söyləyib:

“Mənə belə şərh yazdı, dedim ki, sənətkarımızdır, Xalq artistimizdir, yola verin getsin. Dedilər ki, belə olmaz, gərək cavab verəsən. Mən gündəm axtarmıram, yəqin, Ramiz bəyin kefinin olmayan vaxtına düşüb, haqqımda bu sözləri deyib.

Sonra xəbər mətbuatda yayıldı. Demək istəyirəm ki, ay ağsaqqal, gözəl insan, Xalq artistimiz, teatr və kino aləmində insan qurtardı, indi də Rozaya söz atırsan? Bu hərəkəti sizə yaraşdırmadım. Bir xanıma o rəyi yazmaq heç də düzgün deyildi.

Bu günə qədər kimin haqqında nə söz söyləmisinizsə, həmin insanlara uduzmusunuz. Buna görə də mənə övladınız, qızınız kimi münasibət göstərməlisiniz”.

Xatırladaq ki, bir müddət əvvəl Roza Ramiz Məlik haqqında “Aparıcılıq etdiyim verilişə çağırmıram deyə reytinq axtarışındadır” - kimi fikirlər səsləndirib. R.Məlik isə Rozaya daha ağır cavab verərək onun haqqında qalmaqallı açıqlama verib:

“Roza, sən məni apardığın o səviyyəsiz verilişə yalvarıb dəvət etsən də, gəlmərəm. Mən sənin kimi deyiləm, reytinq dalınca qaçım.

Yekə qızsan, danışığını bil. Fikir bildirmək nə vaxtdan təhqir olub? Mirəliyevlə efirdə o cür hərəkətin reytinq xatirinədir? Bir də iki nəfərin efirdə bir yerinə buz tökməyin. Reytinq axtarırsan?”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55